Naxçıvanda işsiz statusu alanların sayı 4 dəfə artıb - Digər bölgələrdə “gizlədilir”…


Xəbər verdiyimiz kimi, ötən ilin aprel ayından etibarən Dövlət Statistika Komitəsi məşğulluq xidməti orqanları tərəfindən işsiz statusu verilən şəxslərin sayını açıqlamır.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, işsiz statusu verilən şəxslərin sayı sonuncu dəfə 2020-ci ilin mart ayında açıqlanıb. 1 aprel 2020-ci il tarixinə olan məlumatda göstərilirdi ki, Azərbaycanda  məşğulluq xidməti orqanları tərəfindən işsiz statusu verilən şəxslərin sayı 100 min 826 nəfər olub. Bu tarixdən sonra işsiz statusu verilən şəxslərin sayının nə qədər olduğu bilinmir.
Məlumat üçün onu da bildirək ki, Dövlət Statistika Komitəsi rəsmi status alan işsizlərin sayını açıqlmasa da, Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsi işsiz kimi qeydiyyata alınanların sayını açıqlayıb. 2020-ci ildə Naxçıvanda 297 nəfərə məşğulluq xidmətlərində rəsmi işsiz statusu verilib.
Qeyd edək ki, 2012-2018-ci illərdə Naxçıvanda məşğulluq xidməti orqanları tərəfindən işsiz şəxs qeydə alınmayıb. 2011-ci ildə Naxçıvanda 32 nəfərə işsiz statusu verilib. Sonrakı illərdə Muxtar Respublikada işsiz statusu alan şəxs olmayıb. Yalnız, 7 illik fasilədən sonra 2019-cu ildə Naxçıvanda 72 nəfərə rəsmi işsiz statusu verilib. Son bir ildə isə Naxçıvanda işsizlərin sayı 4 dəfə artaraq 297 nəfgərə yüksəlib.  
2000-2020-cu illərdə Naxçıvan Muxtar Respublikasında işsiz statusu alan şəxslərin sayı belə olub:
İllər İşsiz statusu alan şəxslərin sayı
2000 5 812
2001 5 989
2002 6 645
2003 7 284
2004 7 737
2005 7 904
2006 7 632
2007 5 598
2008 192
2009 55
2010 52
2011 32
2012 -
2013 -
2014 -
2015 -
2017 -
2018 -
2019 72
2020 297

DİGƏR XƏBƏRLƏR

Top