"Boeing" dünya ölkələrini bu təyyarələrdən istifadəni dayandırmağa çağırdı


İstehsalçı şirkət “Boeing 777” təyyarələrinin istifadəsini dayandırmağa çağırıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb Amerikanın “United Airlines” şirkətində həmin təyyarə ilə yaşanan hadisə olub. 
Şirkət ayrıca bu təyyarələrin uçuşlarını dayandırmağa qərar verən Yaponiya və ABŞ aviasiya tənzimləyicilərinin qərarına tam dəstəyini ifadə edib. 
Qeyd edək ki, 21 fevralda ABŞ-dan Honolulu istiqamətinə uçan təyyarənin uçuş zamanı mühərriki sıradan çıxıb. Təyyarə təhlükəsiz bir şəkildə hava limanına qayıda bilib, lakin təyyarənin böyük bir hissəsi yaşayış binalarının yaxınlığında düşüb.

DİGƏR XƏBƏRLƏR

Top