Ermənistan parlamentinin sabiq aparat rəhbəri Ara Saqatelyan həbs edilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, Saqatelyan mütəşəkkil cinayətkar dəstə qurmaqda günahlandırılır. Saqatelyanın vəkilləri isə iddia ilə bağlı heç bir faktın olmadığını əsas gətirərək yenidən məhkəməyə şikayət ünvanlayacaqlarını bildirib.