Odessanın yeni qubernatoru məlum oldu

Ukrayna prezidenti Petro Poroşenko Odessa bölgəsinin yeni qubernatorunu təqdim edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu, Maksim Stepanovdur. P. Poroşenko qərarın düzgün olduğunu bildirib: “Bu, iki ali təhsili olan insandır. O, xarici səfərlərə deyil, burada işləməyə köklənib”. M. Stepanov bunadək qiymətli kağızların istehsalı üzrə “Ukraynanın poliqrafik kombinatı” dövlət müəssisəsində çalışıb. 2010-cu ilin baharınadək isə Odessa bölgəsinin dövlət adiministrasiyasının sədrinin briinci müavini olub. 2016-cı il dekabrın 20-də bölgə rəhbərinin seçilməsi üzrə keçirilən müsabiqənin qalibi seçilib. Odessanın əvvəlki qubernatoru Mixail Saakaşvili 2015-ci il mayın 30-dan ötən ilin noyabrın 9-dək bu vəzifədə çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top