Dovşan əvəzinə həmkəndlisini vurdu - Gədəbəydə silahlı insident


Gədəbəydə silahlı insident baş verib.

1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb.

DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini bildirib.

Onun sözlərinə görə, kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov  tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.//apa

DİGƏR XƏBƏRLƏR

Top