Nağdlaşma zamanı banklar 1%-lik vergini kimlərdən tutacaq?

Yanvar ayının 1-dən etibarən banklardan götürülən nağd pulun ümumi həcminin 1 faiz dəyərində vergi tutulması barədə qanun qüvvəyə minib. Bununla bağlı "Yeniavaz.com"un sualına cavabında iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, yanvar ayının 1-dən qüvvəyə minən qanun yalnız bank hesablarından iri həcmdə pul götürən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına şamil edilir. Rövşən Ağayev: "Yanvar ayının 1-dən etibarən qüvvəyə minən qanundan məqsəd nağdsız hesablaşmanın həyata keçirilməsini təmin etməkdir. Bu məqsədlə də iş adamlarının banklardakı hesablarından iri məbləğdə vəsait çıxarması zamanı ümumi məbləğin bir faizi həcmində vergi tutulması qərara alınıb. Amma bu qanunun tətbiqinin mənfi fəsadları da olacaq. Belə ki, bundan sonra iş adamlar əlavə vergi ödəməmək üçün pulunu bankda deyil, evində saxlamağa üstünlük verəcək. Çünki heç bir iş adamı iki qat vergiyə cəlb olunmasına müsbət yanaşmır. Əmək haqqlarını kart vasitəsi ilə banklardan alanlara, o cümlədn VÖEN-li çalışan fiziki şəxslərə gəlincə, onların aldıqları əmək haqqlarına görə əlavə olaraq 1 faiz vergiyə cəlb olunması nəzərdə tutulmayıb. Bu qanun yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aiddir",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top