Sumqayıtda içərisində xəstə olan təcili yardım maşını qəzaya düşdü


Sumqayıtda təcili tibbi yardım maşını qəzaya düşüb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə axşam saatlarında Saray postu adlanan ərazidə baş verib.

“Ambulans”la “Mercedes” markalı maşının toqquşması nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı təcili tibbi yardım maşınında xəstə olub.

DİGƏR XƏBƏRLƏR

Top