Bu ərzaqlar istifadədən əvvəl mütləq islağa qoyulmalıdır – SƏBƏB


Elə ərzaq məhsulları var ki, bişirməzdən, yeməzdən əvvəl mütləq suda islağa qoyulmalıdır. Bunun də elmi, tibbi səbəbləri var.

Həmin 5 ərzaq:
 
1. Mal qaraciyəri
Qaraciyəri ilıq süddə 2 saat saxlamaq nə verir:
- Daha zərif dad, yumşaqlıq
- Qaraciyərdəki acı tamın itməsi
- Xoşagəlməz qoxunu aparır

2. Göyərti
İstənilən göyərtini bir az duz və ya sirkə əlavə edilmiş suda 30 dəq saxlamaq lazımdır. Bunun sayəsində göyərtidə olan duz, nitrat, bakteriya, qurd yumurtaları, qum, torpaq, cücülər zərərsizləşir, suya çökür.

3. Qoz, badam
Qozların tərkibində fitin turşusu var. Bu maddə ağaclara ona görə vurulur ki, qozun yaşıl olan vaxt heyvanlar tərəfindən yeyilməsinin qarşısını alır.
Bu maddə insan orqanizminə düşdüldə sink, dəmir, kalsiumun mənimsənilməsinin qarşısını alır.
Eləcə də ləpələr gözlə görünməyən kif, tozla örtülür. Bu da suda islanarkən aradan gedib yuyulur.
Qoz 6-7 saat əvvəldən
Badam 12 saat əvvəldən isladılmalıdır

4. Göbələklər
Göbələkləri isti odda və yağda hazırlamazdan əvvəl soyuq suda azı 12 saat saxlamaq lazımdır. Bu zaman göbələyin acılığı çıxır. Eləcə də göbələyin içində ola biləcək xırda qurdlar, mikroorqanizmlər suya çıxır. Göbələyi azca duzlu suda islatmaq lazımdır. Əgər suyun üzərinə çox sayda yad bir şeylər çıxsa, deməli, göbələk çox kirlidir.

5. Noxud, lobya
Paxlalılar bağırsaqda qıcqırma, qaz yaradır. Bunun qarşısını almaq üçün soyuq suda 6 saat saxlanılıb, sonra bişirilməlidir. Nənələrimizin hədik bişirən zaman bütün paxlalıların gecədən islağa qoyulması da onların müdrikliyini göstərir.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top