"Qəbələ"nin baş məşqçisi texniki zonadan qovuldu

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XVI turunun oyununda qırmızı vərəqə alıb.

Buna 41 yaşlı mütəxəssisin matçın baş hakimi İnqilab Məmmədova kəskin şəkildə etiraz etməsi səbəb olub.

Baxşıyev ilk olaraq sarı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq, o, etiraz etməyə davam edib. Nəticədə ikinci sarı vərəqəni görərək texniki zonadan qovulub.

Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb. /Report

DİGƏR XƏBƏRLƏR

Top