Şəhid Elşadın ikinci övladı dünyaya gəldi - FOTO


Tovuz döyüşlərində şəhid olan Məmmədov Elşad Dönməz oğlunun ikinci övladı dünyaya gəlib.

Yeniavaz.com xəbər verir ki, yaxınlarının "Qafqazinfo"ya verdiyi məlumata görə, yeni doğulan körpəyə Elşad adı verilib.

Qeyd edək ki, Elşad Məmmədov Tovuzun Ağdam kəndindədir. O, iyulun 12-də cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 1996-cı il təvəllüdlü Baş əsgər şəhid olarkən ilk övladı Məhəmməd 7 aylıq idi.

Xatırladaq ki, Elşad Məmmədovun xalası oğlu, 1985-ci ildə Tovuzun Ağdam kəndində anadan olan MAXE Elbrus Yusifov da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

 

DİGƏR XƏBƏRLƏR

Top