MHP-nin Şuşada tikəcəyi məktəbin detalları məlum oldu


MHP (Milliyətçi Hərəkat Partiyası) lideri Dövlət Bağçalı Şuşa şəhərində inşa ediləcək məktəbin layihəsi başa çatıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, layihəni hazırlayan Isparta bölgəsinin keçmiş bələdiyyə sədri usta memar Yusuf Günaydındır. Məktəbin inşasında xarı bübüldən istifadə olunacağı açıqlanıb. Məktəbə Üzeyir Hacıbəylinin adı veriləcək. Əsas giriş Osmanlı və Səlcuqlu motivli çinilərlə bəzədiləcək. Məktəbin damında 30 tona yaxın bürünc istifadə ediləcək, eyni zamanda Türkiyə və Azərbaycan bayraqları yan-yana ucaldılacaq.
Məktəbin açılışında Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Bağçalının iştirak edəcəyi gözlənilir.
 

DİGƏR XƏBƏRLƏR

Top