Son bir ayda azərbaycanlılar ən çox bu ölkələrə gediblər - SİYAHI


Bu ilin yanvar ayında Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı əvvəlki ilin yanvar ayı ilə müqayisədə 6,3 dəfə az olub.
Yanvar ayında Azərbaycana gələnlərin  34,1%-i Rusiyadan, 28,4%-i Türkiyədən, 13,1%-i İrandan, 11,7%-i Gürcüstandan səfər ediblər. 
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında Gürcüstandan gələnlərin sayı 15,1 dəfə, Qazaxıstandan 12,6 dəfə, Türkmənistandan  8,8 dəfə, Özbəkistandan 6 dəfə, Rusiyadan 5,5 dəfə, Ukraynadan 5,3 dəfə, Böyük Britaniyadan 3,5 dəfə, İrandan 2,8 dəfə, Belarusdan 2,6 dəfə, Türkiyədən isə 2,3 dəfə azalıb.
2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 15,6 dəfə azalaraq 27,8 min nəfər olub. Ölkə vətəndaşlarının 48,1%-i Türkiyəyə, 14,8%-i Rusiyaya, 10,4%-i Gürcüstana, 8,7%-i İrana səfər edib. Bu dövrdə ötən ilin eyni ayı ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 68,1 dəfə, Gürcüstana gedənlərin sayı 45,1 dəfə, Rusiyaya gedənlərin sayı 17,8 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 3,2 dəfə azalıb.

DİGƏR XƏBƏRLƏR

Top