Ermənistanda sabiq parlament rəhbəri və millət vəkili saxlanıldı


Ermənistan Təhlükəsizlik Xidməti dünən axşam saatlarında keçmiş parlament üzvlərinə qarşı əməliyyat keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “news.am”  məlumat yayıb. Bildirilib ki, sabiq parlament rəhbəri, Ara Saqatelyan, sabiq millət vəkili, politoloq Karen Bekaryan və Mher Avagyan adlı siyasətçi saxlanılıb. Onlar hərbi vəziyyət altında məlumat yaymaq qaydalarını pozmaqda və millətlərarası düşmənçilik və nifrəti yaymaqda günahlandırılırlar. Verilən məlumatlara görə, Ermənistan Təhlükəsizlik Xidməti Azərbaycan üzrə ekspert Angela Elibeqovanı və Parlamentarizmin İnkişaf Mərkəzinin əməkdaşı Qohar Meloyanı da saxlayıb. Bir müddət sonra sərbəst buraxılan Angela Elibegova jurnalistlərə açıqlamasında Azərbaycan barədə vacib məlumatların olduğu telefon və kompüterinin əlindən alındığı deyib.
Qeyd edək ki, bu gün Ermənistan müxalifəti böyük bir mitinq keçirməyə hazırlaşır.

DİGƏR XƏBƏRLƏR

Top