Bayden: “Amerika qayıtdı”


“ABŞ dünya səhnəsinə qayıdıb. ABŞ-ın Avropa ortaqları ilə əməkdaşlığı xarici siyasətin təməl daşıdır”.

Bunu ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü və geri baxmayacağıq”, deyə ABŞ lideri vurğulayıb.

Bayden, həmçinin, ABŞ ilə Avropa arasındakı ittifaqın iki tərəfdaş arasındakı münasibətlərdə və dünya səviyyəsində "açar" olduğunu  deyib.

ABŞ Prezidenti Rusiyanın Vaşinqtonun NATO müttəfiqləri ilə transatlantik tərəfdaşlığını pozmağa çalışdığını bildirib.

Bayden Rusiyanın Avropa layihəsi və NATO ittifaqını zəiflətmək, eyni zamanda transatlantik birliyi ilə bağlı qərarlarını pozmaq istədiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Kremlin ayrı-ayrı ölkələri təhdid etməsi vahid və güclü bir transatlantik ittifaqla danışıqlar aparmaqdan daha çox asandır. 

Bayden ayrıca olaraq, Ukraynanın suverenliyini qorumağın vacibliyini də vurğulayıb.//apa

DİGƏR XƏBƏRLƏR

Top