Ən qoca futbolçular Türkiyə və Rusiyada oynayır

Rusiya Futbol Premyer Liqasının, eləcə də Türkiyə Super Liqasında oynayan futbolçuların orta hesabla yaşı bütün Avropa çempionatları arasında ən yüksəkdir. “Yeniavaz.com”un UEFA-nın saytına istinadən verdiyi məlumata görə, hər iki liqada futbolçuların orta yaşı 27,1-dir. Dünyada bu göstəricidən yüksək olan yalnız üç çempionat var. Bunlar Qətər (27,2), Filippin (27,3) və Tailanddır (27,5). Rusiya və Türkiyədəki göstərici Meksikada da qeydə alınıb. Avropada ən gənc liqa isə Hollandiya çempionatının ikinci divizionudur. Burada oyunçuların orta yaşı 23,1-dir.

DİGƏR XƏBƏRLƏR

Top