Çeçenistan lideri Ramzan Kadırovla məşhur türk aşpaz Burak Özdemir arasındakı görüş zamanı kiçik hadisə yaşanıb.
Yeniavaz.com xəbər verir ki, türk aşpaz yeməklə şou göstərdikdən sonra böyük bir qabda hazırladığı yeməyi Kadırovun qarşısına gətirib. Həmin vaxt qabı tutduğu boşqablardan birinin sınması ilə aşpaz çətin anlar yaşayıb. Burak Özdemir qaynar yeməyin Kadırovun üstünə dağılmasının son anda qarşısını alıb. Kadırov isə bu hadisəyə qəhqəhə ilə gülərək reaksiya verib.
Həmin anların görüntülərini təqdim edirik: