Baş nazir: "Azərbaycan və Türkiyə arasında heç bir məsələ ilə bağlı fikir ayrılığı yoxdur"


“Səfərimiz çox uğurlu keçdi. Bu iki gün ırzində çox məhsuldar görüşlər keçirdik”.

Bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.
Baş nazir bildirib ki, Azərbaycana bütün məsələlərdə göstərilən dəstəyə görə qardaş Türkiyəyə minnətdardır: “Biz neçə gün ərzində çox işgüzar işlədik. Komissiyanın bugünkü iclası bir daha onu göstərdi ki, Azərbaycanla Türkiyənin mövqeyi bütün məsələlərdə üst-üstə düşür. Heç bir məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələri bundan sonra inkişaf edəcək”.
​​​​​​​
 

 

DİGƏR XƏBƏRLƏR

Top