Türkiyə F-35 proqramına yenidən qayıtmaq üçün addımlar atıb


Türkiyə Rusiyadan aldığı S-400 müdafiə sistemi səbəbilə yeni nəsil döyüş təyyarəsi F-35 layihəsindən çıxarıldıqdan sonra yenidən sözügedən proyektə qayıtmaq üçün addımlar atıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə layihədə məsləhətçi kimi təmsil olunmaq istəyir və bunun üçün ABŞ-dakı hüquq firmalarından biri ilə razılığa gəlib. Türkiyə altı ay davam edəcək əməkdaşlıq üçün şirkətə xidmətləri qarşılığında 750 min dollar ödəyəcək. Ödəniş ABŞ-ın Ədliyyə Nazirliyinin "Xarici Agentlərin Qeydiyyat Qanunu"na əsasən həyata keçirilir.
Məlumatda deyilir ki, Türkiyə bu razılaşmada iştirak etmək üçün Müdafiə Sənayesi Nazirliyinin 100 faiz iştirakı ilə olan Müdafiə Sənaye Texnologiyaları şirkəti ABŞ-ın “Arnold & Porter Kaye Scholer LLP” adlı firma birgə işləyəcək.
Firma, Türkiyə MSN və türk şirkətləri Müştərək Hücum Təyyarələri Proqramında (JSF) qalmaları üçün qarışıq geopolitik və ticarət faktorları da nəzərə alaraq strategiya təqdim edəcək. Həmçinin fima, Türkiyə MSN-nin JSF proqramında strateji müttəfiq və dəyərli tərəfdaş kimi iştirakı davam edərsə, bu proqram çərçivəsində ABŞ-ın ticarət tərəfdaşları ilə də əlaqə qurmağa çalışacaq.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar yanvar ayında ölkəsinin F-35 proqramına geri qayıtmaq istədiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top