Amerika Birləşmiş Ştatları rəsmi olaraq dörd aylıq fasilədən sonra yenidən Paris İqlim Sazişinə qoşulacaq.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, ABŞ bu gün Paris İqlim Sazişinə geri qayıdır.
Qeyd edək ki, Co Bayden ABŞ prezidenti seçildikdən sonra Trampın Paris İqlim Sazişindən çıxmaq barədə qərarını ləğv etmişdi. Bayden çıxışı zamanı ABŞ-ın yenidən sazişə qayıdacağını bildirmişdi.