Rus və erməni mütəxəssislər PUA-ların təkmilləşdirilməsi istiqamətində işə başladılar


Samara Milli Tədqiqat Universitetinin rus və erməni mütəxəssisləri PUA-ların təkmilləşdirilməsinə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ria.ru” xəbər yayıb. Məlumata görə, müəssisə, hazırlanan pilotsuz təyyarələri ağıllı görmə cihazları ilə təchiz edəcək. Alimlərin fikrincə, onların hazırladığı həmin proqram kompleksi, hiperspektral texnologiyaların kütləvi tətbiqini asanlaşdıracaq. 
Qeyd edək ki, spektrometrlər elektromaqnit dalğaları fərqli kanallara ayıraraq maddənin tərkibi barədə məlumat verən cihazlardır. Sadə kamerada yalnız üç belə kanal varsa, müasir ağıllı görmə cihazları 100 və ya daha çox spektral kanaldan məlumat verə bilir.

DİGƏR XƏBƏRLƏR

Top