Bir qrup məhbusun ailə üzvləri ABŞ səfirliyi qarşısında aksiya keçirib – DİN-dən AÇIQLAMA


Azərbaycanda həbsdə olan bəzi məhbusların ailə üzvləri etiraz aksiyası keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Onlar ABŞ-ın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirib və müxtəlif şüarlar səsləndiriblər. Aksiya iştirakçıları ailə üzvlərinin siyasi məhbus olduğunu iddia edərək azadlıq tələb ediblər. Əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub. Kadrlarda polis əməkdaşlarının aksiya iştirakçılarından birini saxladıqları görünür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Yeniavaz.com-a bildirib ki, sözügedən əraziyə cəlb olunan polis əməkdaşları məhbusların ailə üzvləri ilə izahedici söhbətlər aparıb:
“4-5 nəfər qadın toplanmışdı, onlarla izahedici söhbətlər aparıldı, dağılışıb getdilər”.

DİGƏR XƏBƏRLƏR

Top