ABŞ dövlət katibi Con Kerri Gürcüstana qısamüddətli səfər edib. “Apsny.ge” saytının verdiyi məlumata görə, C. Kerrinin təyyarəsi Tiflis hava limanına enib. Burada o, Gürcüstan xarici işlər nazirinin 1-ci müavini David Zalkaliani ilə görüşüb. Görüşdə ABŞ-Gürcüstan əməkdaşlığı müzakirə edilib. C. Kerri Gürcüstanın regionda vacib ölkə olduğunu bildirib. Xatırladaq ki, C. Kerri ötən ilin iyulunda Gürcüstanda səfərdə olub.APA