ABŞ-da kəskin şaxtalar və fırtına səbəbilə çox sayda insan dünyasını dəyişib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın yeddi əyalətində şiddətli qış fırtınaları nəticəsində ölənlərin sayı 34-ə çatıb. Çox sayda insanın yaralandığı bildirilir. Fırtına səbəbilə ən çox ölüm halının qeydə alındığı bölgə Texas ştatıdır.
Qeyd edək ki, ABŞ-da bir müddətdir kəskin soyuqlar, fırtınalar davam edir. Bu səbəblər 3500-dən çox təyyarə uçuşları təxirə salınıb, 5 hava limanı fəaliyyətini dayandırıb.