25 yaşlı şəhid hərbçimiz Sumqayıtda dəfn edildi - YENİLƏNİB

Vətən müharibəsi şəhidi Sumqayıtda dəfn olunub.

44 günlük Vətən müharibəsində iştirak etmiş Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsi sakini 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidimiz 5 ay bundan qabaq itkin düşmüşdü və onun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

 (report)

*14:28
44 günlük Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. 

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət müddətdən artıq həqiqi hərbi qulluqçu olan 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçdən gedir. 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda da var idi. 

Bildirilir ki, şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb. 

Evin tək övladı olan R. Xaydaroviçin atası bir müddət əvvəl rəhmətə gedib. 

Sumqayıt rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, şəhidin bu gün axşam saatlarında dəfn ediləcəyi gözlənilir. 



DİGƏR XƏBƏRLƏR

Top