Ermənistanda türk mallarının satışına icazə verilir - Karapetyan


Türkiyə mallarını Ermənistana keçirməyə cəhd edən sahibkarlar saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, bəzi erməni idxalçılar yanvardan etibarən qüvvədə olan qadağanı aşaraq türk mallarını Ermənistana aparmağa çalışıblar. Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin Gömrük Nəzarəti İdarəsinin rəhbəri Artem Karapetyan məlumat verib. O bildirib ki, Ermənistanda hazırda bir çox mağazalarda əvvəlki vaxtlarda gətirilən türk malları var. Həmin malların satışına heç bir məhdudiyyət qoyulmayıb.

DİGƏR XƏBƏRLƏR

Top