Şagirdi təhqir edən 38 yaşlı Kollec direktoru kimdir? – DOSYE + FOTOLAR


Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova distant formada keçirilən imtahan zamanı tələbələrdən birini xoşagəlməz ifadə ilə təhqir edib. Həmin hadisənin yer aldığı video görüntü sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.
Yeniavaz.com xəbər verir ki, tələbəni təhqir edən Nərmin Ziyadxan qızı Qaralova 1982-ci ildə Bakı şəhərində anadan olub.  Nərmin Qaralova Asəf Zeynallı adına musiqi kollecinin (1997-2001-skripka ifaçılığı üzrə), Bakı Musiqi Akademiyasının (2001-2005 bakalavr, 2005-2007 magistratura, 2007-aspirantura) tələbəsi olub.
2005-ci ildən İTV-də aparıcı redaktor, 2007-ci ildən isə AzTV-də aparıcı redaktor vəzifəsində çalışıb.
Televiziya həyatı ilə yanaşı 2008-ci ildən pedaqoji fəaliyyətlə də məşquldur. O, Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının baş müəllimi olub. 2013-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almaq üçün "Azərbaycan və İran "Şur" dəstgahlarının müqayisəli təhlili" mövzusunda dissertasiya işi yazıb. 2014-cü ildən eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat katibi vəzifəsində çalışıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru (dosent) olan Nərmin Qaralova eyni zamanda  ADMİU-nun “Musiqi sənəti” fakultəsinin dekanıdır. Ailəlidir, üç övladı var.
Qeyd edək ki, Nərmin Qaralova əslən Gürcüstanın Respublikasının Başkeçid rayonunun Ormeşan kəndindəndir.
Onu da bildirək ki, Nərmin Qaralova  ilə eyni soyada sahib olan Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov da əslən Ormeşan kəndindəndir.



DİGƏR XƏBƏRLƏR

Top