DİN maska cərimələrini Almaniya ilə müqayisə etdi: "Yüksək cərimə, 30 sutka həbs ..." - VİDEO


Pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərə əməl edilməsi vətəndaşların sağlamlığına xidmət edir:

"Nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. Pandemiya şəraitində vətəndaşlarımız qaydalara ciddi əməl etməklə, özünü yaxınlarını, bütövlükdə cəmiyyəti bu bəladan qorumalıdır.

İnzibati cərimə çəkindirici xarakter daşıyır, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədindən irəli gəlir. İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır. Bir daha diqqətə çatdırırıq ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının hansısa vətəndaşın cərimə edilməsində maraqlı deyil. Yetər ki, vətəndaşlar tibbi maskadan düzgün istifadə etsinlər.

Tək Azərbaycanda yox, dünyanın bütün ölkələrində pandemiya ilə əlaqədar hüquq normaları var. Bu hüquq normalarının təmin edilməsinə ciddi nəzarət olunur.

Bir sıra dövlətlər tərəfindən pandemiyanın geniş yayılmasının qarşısının alınmasında müəyyən edilən qaydaların yerinə yetirilməsi üçün daha sərt cəza tədbirləri həyata keçirir. Məsələn, tibbi maskalardan istifadə etməyən şəxslər Türkiyədə 219 manat, Almaniyada 307 manat, Böyük Britaniyada 235 manat, Fransada 276 manat, ABŞ-da 510 manatdan 550 manata qədər cərimlər tətbiq edilir. Elə ölkələr var ki, orada daha yüksək cərimələr olmaqla yanaşı, 30 sutka həbs qərarı olan hüquq normaları tənzimlənir.

Hər bir vətəndaşı bu qaydalara əməl etməyə çağırırıq. Qaydalara əməl edən vətəndaşlara isə təşəkkür edirik".

 

Yeniavaz.com region ölkələrində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslərə tətbiq olunan cərimələri təqdim edir:

ÖLKƏLƏR CƏRİMƏLƏR
MANAT MİLLİ VALYUTA ABŞ DOLLARI
Ukrayna 1 070 manat 17 000 qrivna 630 dollar
Türkiyə 225 manat 900 lirə 132 dollar
Azərbaycan 100 manat 100 manat 59 dollar
Rusiya 95 manat 4 000 rubl 56 dollar
Qazaxıstan 59 manat 14 000 tengə 35 dollar
Ermənistan 35 manat 10 000 dram 20 dollar
Qırğızıstan 22 manat 1 000 som 13 dollar
Gürcüstan 11 manat 20 lari 6,5 dollar


Onu da bildirək ki, Azərbaycan region ölkələrində 3 qatlı və simli tibbi maskanın orta qiymətini görə orta sıralarda qərarlaşıb. 
ÖLKƏLƏR MANAT MİLLİ VALYUTA ABŞ DOLLARI
İran 9 qəpik 800 tümən 5 sent
Türkiyə 25 qəpik 1 lirə 15 sent
Gürcüstan 28 qəpik 0,5 lari 16 sent
Azərbaycan 30 qəpik 30 qəpik 18 sent
Qazaxıstan 34 qəpik 80 tengə 20 sent
Rusiya 37 qəpik 15 rubl 22 sent
Belarus 42 qəpik 0,60 rubl 25 sent
Ermənistan 42 qəpik 120 dram 25 sent
Ukrayna 50 qəpik 8 qrivna 30 sent

DİGƏR XƏBƏRLƏR

Top