"Sumqayıt" - "Qarabağ" matçının hakimləri açıqlandı


Azərbaycan Premyer Liqasının XVI turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalara hakim təyinatları açıqlanıb.

Yeniavaz.com-un məlumatına görə, "Səbail" - "Sabah" matçı Rəhim Həsənova, "Sumqayıt" - "Qarabağ" görüşü isə Rəşad Əhmədova həvalə olunub.

19 fevral (cümə)

16:00. “Səbail” – “Sabah”
Hakimlər:
 Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Bakı, "ASCO Arena".

18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər:
 Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev

Sumqayıt, "Kapital Bank Arena".

Qeyd edək ki, turun digər 2 oyunu fevralın 20-də keçiriləcək. "Keşlə" "Zirə"ni, "Neftçi" "Qəbələ"ni qəbul edəcək.

DİGƏR XƏBƏRLƏR

Top