Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edildi


“Rossiya 1” telekanalının aparıcısı Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Latviya XİN rəhbəri Edqar Rinkeviçin "twitter" hesabında yazıb.

 

"Miqrasiya Qanununun 61-ci maddəsinin 2-ci hissəsinə əsasən, Rusiya Federasiyası vətəndaşı Vladimir Solovyovu Latviya Respublikasının arzuolunmaz şəxsləri siyahısına daxil etmək qərarına gəldim. Nasizmin istənilən forması qəbuledilməzdir", - deyə nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top