İspaniya Azərbaycan millisini 13:0 hesabı ilə məğlub edib


Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

D qrupunda yer alan yığmamız 7-ci matçında İspaniya ilə qarşılaşıb.

“ASK Arena”da baş tutacaq görüşdə Siyasət Əsgərovun yetirmələri 4 aylıq fasilədən sonra meydana çıxıblar. Oyun komandamız üçün biabırçı nəticə ilə yekunlaşıb. İlk hissədə 6 qol vuran rəqib ikinci 45 dəqiqədə daha 7 qol vuraraq, 13:0 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yenə də xal qazanmaq arzusunu ən azı növbəti turadək gözləyəcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə yığmamız 0:4 hesabı ilə məğlub olub. Millimiz qrupda növbəti oyununu fevralın 23-də “ASK Arena”da Moldovaya qarşı keçirəcək.

Avropa çempionatı
Seçmə mərhələ, D qrupu
18 fevral
20:00. Azərbaycan - İspaniya - 0:13
Qollar: 
Ester Rodriqes, 21, 24, 30, 31, 87, Cenifer Hermoso, 33, 43, 67, 82, 90+3, Mariona Kaldentey, 57, Eva Navarro, 75, Neraya Eysagirre, 84
Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (hamısı İtaliya)
Bakı. “ASK Arena”

1

İspaniya

6

6

1

0

44-1

19

2

Çexiya

8

5

1

2

24-9

16

3

Polşa

7

4

2

1

16-2

14

4

Moldova

7

1

0

6

3-42

3

5

Azərbaycan

7

0

0

7

1-34

0

 

ApaSport

DİGƏR XƏBƏRLƏR

Top