Xarici universitetlərin professorları UNEC-də tədrisə cəlb olunub


UNEC-də(Azərbaycan Dövlət İqtisad Universiteti) təhsilin keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin tətbiqi məqsədilə xarici universitetlərdən 9 professor və alimtədrisə cəlb olunub.
Universitetdən Yeniavaz.com-a verilən məlumata əsasən, III moduldan etibarən Rusiya, Türkiyə, Portuqaliya və Macarıstanın aparıcı universitetlərinin professor və alimləri UNEC-də bakalavr və magistratura pilləsi üzrə təhsil alan tələbələrə distant formada dərs deyəcəklər.Türkiyənin İzmir Bakırçay, Selçuk, Ankara Hacı Bayram Veli, Qaradəniz Texniki universitetlərinin,Rusiyanın Belqorod Milli Tədqiqat İnstitutunun, Portuqaliyanın Avropa Biznes Məktəbinin, Kiprin DoğuAkdeniz universitetinin alimləri tədris müddətində təmsil etdikləri ali təhsil müəssisələrinin təcrübəsini tələbələrlə paylaşacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top