İran İraqla sərhəd qapılarını bağlayır


İran COVID-19-un mutasiyaya uğramış forması ilə mübarizə çərçivəsində İraqla iki sərhəd qapısı bağlayacaq.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumat Xuzistan valisi Qasım Süleymani Dəştəki tərəfindən verilib. Dəştəki bildirib ki, koronavirusun mutasiyaya uğramış formasının Xuzistan əyalətində aparıəlan araşdırmalardan sonra İraq ərazisindən daxil olması faktı məlum olub.
Qeyd edək ki, pandemiya tədbirləri çərçivəsində Şələmçə və Cəzzabə sərhəd qapıları şənbə günündən etibarən bir həftə ərzində bağlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top