Myanmadakı qiyamla Rusiyanı bağlayan nədir? – “Şoyqu çevrilişdən 10 gün əvvəl...”


“Qruziya Onlayn” xəbər portalında “Rusiya yeni münaqişə ocağı hazırlayır” adlı məqalə dərc edilib. 
Yeniavaz.com
xəbər verir ki, məqalə Dmitri Belyayev adı yazar tərəfindən qələmə alınıb. Yazıda iddia olunur ki, Myanmadakı dövlət çevrilişi Rusiyanın dəstəyi ilə həyata keçirilib. Belyayevin sözlərinə görə, dünyanın ən kasıb ölkələrindən biri olan və BMT-nin İnsan İnkişafı İndeksində 147-ci yerdə qərarlaşan və 53 milyon əhalisi olan bir ölkə Rusiya üçün heç bir maraq kəsb etməməlidir:
“Ancaq coğrafi mövqeyinə nəzərə alsaq Rusiyanın bu məsələdə nə üçün maraqlı olduğunu demək mümkündür. Myanma qərbdə Hindistan və Banqladeş, şimal-şərqdə Çin, şərqdə Laos, cənub-şərqdə Tayland, cənub və cənub-qərbdən Bengal Körfəzi suları ilə sərhəddir. Hindistan-Sakit okean bölgəsində bir növ "Krım yarımadası" kimi bir yerdir. Myanmaya nəzarət bütövlükdə həmin bölgəyə həm dəniz, həm də hava sahəsini idarə etmək üstünlüyü verir”.
Məqalədə həmçinin qeyd olunur ki, Myanma uzun müddət SSRİ-nin dəstəyi ilə idarə olunub. 2016-cı ildə hakimiyyətin ötürülməsi prosesi başlayıb və xalqın seçimi ilə yeni hökumət quruldu. Ancaq, bu illər ərzində  hökumət ordu üzərində nəzarət qura bilməyib:
“Burada olduqca ağlabatan bir sual ortaya çıxır: “Rusiyanın bütün bu hadisələrlə nə əlaqəsi var?” Çox adam bilmir ki, çevrilişdən on gün əvvəl Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Myanmanın paytaxtı Naypyidaunu ziyarət edib. Hətta, son aylarda bir neçə dəfə belə “dostluq səfərləri” olub. Həm də maraqlıdır ki, bu səfərlər zamanı Şoyqu yalnız bir nəfərlə - çevrilişdən sonra ölkəyə rəhbərlik edən baş general Min Aunq Hline ilə görüşüb. Bu təsadüfdür?”.
Yazıda qeyd olunan məlumatlara görə, Sergey Şoyqu  və Min Aung Hline arasında Myanmaya "Pantsyr-S1" zenit raket və digər pilotsuz hava sistemlərinin tədarükü barədə razılıq əldə olunub:
“Bundan əlavə Su-30SM çox məqsədli qırıcıların tədarükü planlaşdırılır. Son illərdə Rusiya Myanmaya onlarla MiG-29 qırıcıları, Yak-130 döyüş təlimçiləri, eləcə də Mi-35P, Mi-24 və Mi-17 vertolyotları verib. Son iki ildə Rusiyadan Myanmaya edilən ixracatın ümumi həcmi 500 milyon dollardan çox olub və Rusiyanın bu ölkəyə ixracatının üçdə ikisi gizli hərbi texnika tədarüküdür. Bütün bunlar Myanmanın hökuməti ilə yox, şəxsən general Hline ilə danışılıb. Həmin general həmçinin 70 milyard dollarlıq dövriyyəsi olan narkotik ticarətinə də nəzarət edir”.

DİGƏR XƏBƏRLƏR

Top