Ağstafada qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO


Ağstafada qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Ağstafa rayon ərazisində qanunsuz ov edən Zəlimxan kənd sakini Tağı Kazımov və rayon sakini İsmandiyar Məmmədov Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilib. Polis Şöbəsində onlardan bir ədəd “Dragon” və “İJ” markalı 12 kalibirli ov tüfəngləri və bir ədəd ovlanmış dovlaşan aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam edir.

DİGƏR XƏBƏRLƏR

Top