Türkiyəli psixoloqlar Gəncə və Bərdədə də fəaliyyətə başlayır - VİDEO


Fevralın 26-dan etibarən Türkiyədən olan psixoloq mütəxəssislərin iştirakı ilə  Bakı şəhəri ilə yanaşı Gəncə və Bərdə şəhərlərində də müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşların psixoloji reabilitasiyası işinə başlanılacaq. 

Yeniavaz.com xəbər verir ki, bu regionlarda yaşayan vətəndaşlar qeydiyyat üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edə bilərlər.

Psixoloq mütəxəssislərin qəbulu ödənişsiz həyata keçirilir.

Xatırladaq ki, FHN-in dəvəti ilə Türkiyədən bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəyə gəlib və artıq bir aya yaxındır ki, nazirliyin psixoloqları ilə birgə paytaxtda çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top