Moskvada “Sputnik Light” peyvəndinin sınaqları başladı


Rusiyada bu gün “Sputnik Light” peyvəndinin beynəlxalq klinik sınaqları başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin sosial şəbəkə vasitəsilə məlumat verib. Merin sözlərinə görə  “Sputnik Light” peyvəndi “Sputnik V”nin yenilənmiş formasıdır:
“Gamaleya İnstitutunda hazırlanan yeni vaksin “Sputnik V”dən fərqli olaraq hər iki dozanı əvəz edəcək. “Sputnik V” vurulduqdan bir neçə həftə sonra ikinci dozası vurulmalıdır. Ancaq, “Sputnik Light” vurulan şəxslərə ikinci dozaya ehtiyac qalmayacaq”.
Sobyanin həmçinin bildirib ki, yeni vaksinin ilk sınaqları artıq başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top