Təhsil Nazirliyinin əməkdaşları artıq qalmaqallı məktəbdədirlər

“HazırdaTəhsil şöbəsinin və nazirliyin əməkdaşları M.Süleymanov adına tam orta məktəbdədir. Araşdrıma aparılır”. Bu barədə Aşağı Seyfəli kəndinin icra nümayəndəsi Ələddin Əliyev məlumat verib. O bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq ictimaiyyətə məlumat veriləcək”. Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top