Əbülfəs Qarayevin ölkədən çıxışına qadağa qoyulub? - Sabiq nazir DANIŞDI

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumat yayılıb.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ə.Qarayev yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:

“Mənim harasa getmək niyyətim yoxdur. Oturmuşam evdə, elmi işlərlə məşğulam. Ölkədən çıxmağıma heç bir məhdudiyyət qoyulmayıb. Biz hüquqi dövlətdə yaşayırıq. Hər hansı bir məhkəmə qərarı olarsa, mənə cərimə yazılarsa, ondan sonra məsuliyyət daşıyacam. Mən 26 il nazir işləyib, dövlət üçün çalışmışam. Prezidentin, xalqın yolunda çalışmışam. Bu dövrdə nə edə bilmişəmsə etmişəm. Nə edə bilməmişəm, harda da səhvlərim olubsa, günahını daşıyıram”.

DİGƏR XƏBƏRLƏR

Top