Azərbaycanda ötən il ən çox qəza törədən avtomobil modelləri hansılardır? - SİYAHI


2020-ci ildə Azərbaycanda sığortalı avtomobillər arasında yol qəzalarında ən çox zərər çəkmiş nəqliyyat vasitələri "Mercedes" markalı maşınlar olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin yaydığı məlumatda əks olunub.
Məlumata görə, yerli sığorta şirkətlərinə "Mercedes"lərin zərər çəkməsi ilə bağlı 2 187 müraciət daxil olub. Növbəti yerlərdə “Lada” (1 604), “Hyundai” (860), “Toyota” (860), “Opel” (609), “Kia” (474), “Nissan” (383), “BMW” (313), “Ford” (248), “Chevrolet” (257) markalı avtomobillər qərarlaşıb.
Yol-nəqliyyat vasitələrində qarşı tərəfə ən çox zərər isə "Lada" markalı nəqliyyat vasitələri ilə vurulub. Onlarla bağlı sığorta şirkətləri 3 829 hal qeydə alıb. Növbəti yerlərdə “Mercedes-Benz” (3 771), “Hyundai” (1 494), “Opel” (932), “Toyota” (901), “Ford” (805), “Kia” (706), “Daewoo” (537), “BMW” (520) və “Nissan” (485) markalı maşınlar qərarlaşıb.
Ötən il təqsirkar sürücülərin 96%-i kişilər, 4% isə qadınlar olub.

DİGƏR XƏBƏRLƏR

Top