Gürcüstan Daxili İşlər Nazirliyi müxalifət lideri Nikanor Meliyanın həbsi prosesini təxirə saldı.
Yeniavaz.com “Qruziya Online”a istinadla xəbər verir ki, Gürcüstan DİN, “Baş nazirin istefası ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyi Nikanor Meliyanın planlaşdırılan həbsini müvəqqəti olaraq təxirə salıb"-deyə bildirib.
Qərarın icrası üçün prosedurların nə vaxt bərpa olunacağını hələlik məlum deyil.
Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Qaxariya müxalifət liderinin həbsi ilə əlaqədar olaraq istefa verdiyini açıqlamışdı.