Gürcüstanın baş naziri istefa verdi – SƏBƏB


Gürcüstan Baş Naziri Giorgi Qaxariya istefa verib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Qaxariya Gürcüstanda müxalifət lideri Nika Meliyanın həbs edilməsi cəhdlərinə görə istefa verdiyini açıqlayıb:
"Dünən məhkəmə, cənab Meliyanı həbs etmək üçün addımlar atıb. Bu şəxs heç vaxt Gürcüstan qanunvericiliyinə xüsusi hörmət göstərməyən şəxsdir. Vətəndaşların parlamentə hücum etməsi və parlamentə atılan addımın təşkilatçılarından biridir. Amma nə olur-olsun, mənim qəti mövqeyim, qanuni belə olsa bir insanın sağlamlığı üçün riskə icazə verilməməsidir”.
Qaxariya həmçinin bildirib ki, bu kimi hadisələr ölkədə etiraz aksiyalarının başlamasına gətirib çıxara bilər. 

DİGƏR XƏBƏRLƏR

Top