İspaniyada kralı təhqir edən repçiyə görə etirazlarda 30 nəfər yaralandı - VİDEO


İspaniyada kralı təhqir etdiyinə görə həbs olunan repçi Pablo Haselin azadlığa buraxılmasını tələb edən etirazçılar küçələrə axışıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İspaniya polisi paytaxt Madrid və Barselonadakı etirazlara sərt müdaxilə edir. Aksiyada iştirak edən 44 nəfər həbs edilib, 30-dan çox insan isə yaralanıb. 
Qeyd edək ki, Hasel tviter hesabından göndərdiyi mesajlarda və mahnılarda istifadə etdiyi sözlərlə terrorizmi ucaltmaqda, dövləti və kral ailəsini təhqir etməklə günahlandırılaraq 9 ay həbs cəzasına məhkum edilib. 

DİGƏR XƏBƏRLƏR

Top