Azərbaycanda nikah və boşanmaların sayı AÇIQLANDI – Kəskin azalma var…


Yola saldığımız 2020-ci ildə Azərbaycanda 35 min 348 nikah qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, nikahların 12 min 127-si ötən ilin ilk 3 ayında, 23 min 221-i isə “Şadlıq evləri”nin bağlı olduğu aprel-dekabr aylarında qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, ötən il nikahların sayı əvvəlki ildəkindən təxminən 2 dəfə az olub. Belə ki, 2019-cu ildə  Azərbaycanda 63 min 869 nikah bağlanıb.
Koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunduğu aprel-dekabr aylarında 10 min 805 boşanma qeydə alınıb. Karantin rejimindən əvvəlki ilk 3 ayda  3 min 823 boşanma qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən il boşanmaların sayı 2019-cu ildəkindən 14,7% az olub. Belə ki, 2019-cu ildə Azərbaycanda 17 min 148 boşanma qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top