Bu gün Bakının Nizami rayonunun bir hissəsində su olmayacaq


Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Yeniavaz.com-a “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

DİGƏR XƏBƏRLƏR

Top