ABŞ nüvə ilə bağlı İrana çağırış etdi


ABŞ hökuməti İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığı məhdudlaşdırmaqdan çəkinməyə çağırdı.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ çağırış zamanı həmçinin bildirib ki, İranla nüvə probleminin həllinə yönəlmiş diplomatiya yolunun açıq olduğuna inanır. 
Qeyd edək ki, İran nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsindən sonra uranın zənginləşdirilməsi istiqamətində yeni addımlar atmağa başlayıb. Hətta, parlamentdə qəbul edilən yeni qərara əsasən artıq İranın nüvə obyektlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi heç bir əməkdaşı buraxılmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top