Gədəbəydə 101 yaşlı qadın COVID-19-ə qarşı peyvənd edildi


Gədəbəy rayonunda uzunömürlü sakin COVID-19-ə qarşı peyvənd olunub.

Rayonun Xarxar kəndin sakini, 1920-ci il təvəllüdlü Ərus Cəfər qızı Cavadova Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında peyvənd edilib.

Ə.Cavadova peyvənd olunduqdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Gədəbəy rayonunda da COVID-19 pandemiyasına qarşı peyvənd işləri davam etdirilir.


//report

DİGƏR XƏBƏRLƏR

Top