Prezidentin qohumuna qalib gələn 14 yaşlı idmançı öldürülüb


Türkmənistanda 14 yaşlı idmançı yarışda Prezidentin qohumuna qalib gəldiyi üçün döyülərək öldürülüb. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı "Azadlıq radiosu" yayıb. Süleyman Tursunbayevin valideynlərinin sözlərinə görə, övladları cüdo turnirində ölkə rəhbərinin qohumuna qalib gəldiyi üçün bazar günü Baherden şəhərində qaçırılıb və vəhşicəsinə döyülüb. Huşsuz vəziyyətdə tapılan yeniyetmə xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra elə burada vəfat edib. 

Onlayn müxalifət qəzeti olan "Türkman News"un məlumatına görə, yarışdan əvvəl Süleyman təşkilatçıların "rəqibinə məğlub ol" istəyini qəbul etməyib. Turnirdən sonra 14 yaşlı idmançının məşqçisi də döyülüb. Tursunbayevin valideynləri ölkə prezidentinə məsələnin araşdırılması barədə çağırış edib.

DİGƏR XƏBƏRLƏR

Top