"Peyvəndin dünyada bölüşdürülməsi haqsız aparılır"


"Peyvəndin dünyada bölüşdürülməsi haqsız və qeyri-bərabər aparılır ki, bu da pandemiyaya qarşı mübarizəni xeyli çətinləşdirə bilər".

Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının videoformatda keçirilən iclasında bildirib.

O bildirib ki, insanların hər yerdə mümkün qədər tez peyvənd olmaq imkanına malik olmaları üçün hər şey edilməlidir:
"Amma peyvəndlə bağlı irəliləyiş xeyli dərəcədə qeyri-bərabər və ədalətsizdir. İndiyədək edilmiş peyvəndlərin 75 faizi cəmi 10 ölkənin payına düşür, 130 ölkəyə isə bircə doz da çatmayıb".

A.Quterreş həmçinin koronavirusa qarşı dünyada peyvəndləmə ilə bağlı xüsusi qrup yaratmağı G20-yə təklif etdiyini də açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top