Nigeriyada məktəbə hücum edilib, müəllim və şagirdlər qaçırılıb


Nigeriyanın qərbində yerləşən Dövlət Elm Kollecinin yataqxanasına hərbi geyimdə olan silahlı şəxslər hücum edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, basqın nəticəsində müəllimlər və onlarla şagird qaçırılıb. 1 nəfər şagird öldürülüb. Hadisə gecə baş verib.
Səlahiyyətlilərin verdiyi məlumata görə, şagirdlər meşəlik əraziyə qaçırılıb. Bəzi şagirdlər isə silahlıların əlindən qaçmağı bacarıb. Təxminən 1000 şagirdi olan məktəbin neçə şagirdinin qaçırıldığı hələ ki, məlum deyil. Şagirdlərin xilas edilməsi üçün hava qüvvələri ilə birgə əməliyyat başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top