"Qəfil dron səsi gəldi, Paşinyan bunu eşidib qışqırmağa başladı..." - Qabriyelyanov


"İzvestiya" qəzetinin idarə heyətinin sədri Aram Qabriyelyanov Ermənistanın baş naziri Nikol Paşinyan haqqında daha bir qalmaqallı məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, Qabriyelyanov öz “telegram” kanalı vasitəsilə verdiyi məlumatda Paşinyanın Zəngəzur səfəri zamanı başına gələn hadisədən danışıb. O bildirib ki, 2020-ci ilin oktyabr ayında Paşinyan Zəngəzurda dövlət qurumlarından birində görüş təşkil edir. Həmin vaxt Paşinyan rəsmi şəxslərlə pafosla danışmağa başlayır:
“Paşinyan əsəbi şəkildə müdafiənin necə təşkil edilməsini öyrətməyə çalışırdı. Bu vaxt qəfil dron səsi gəldi. Bunu eşidən Paşinyan “zirzəmi haradadır”-deyə qışqırmağa başladı. O, mühafizəçiləri ilə qarşısına çıxan qadınları və kişiləri tapdalayaraq otaqdan qaçmağa başlayır. Sıxınacağa daxil olduqdan sonra “məni qoruyun”-deyə mühafizəçilərinə qorxu içində baxırdı. Paşinyanın bu hərəkətindən mühafizəçilər belə utanmışdı”. 
Qabriyelyanovun sözlərinə görə bu hadisədən 5 dəqiqə sonra dronun səsi itir. Nikol bu dəfə də mühafizəçilərə “təyyarə çağırın hava sahəsini yoxlasın”-deyə qışqırır. O, yarım saatdan sonra Zəngəzuru tərk edə bilir.

DİGƏR XƏBƏRLƏR

Top